Gəncə terrorunun canlı şahidləri: “Anaların ürəyi dağlı qalıb” - VİDEO

Gəncə terrorunun canlı şahidləri: “Anaların ürəyi dağlı qalıb” - VİDEO
Video
Hadisə 3

Vətən müharibəsi zamanı Ermənistanın Gəncədə törətdiyi 5-ci terror hadisəsindən üç il ötür.

BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, raket hücumu nəticəsində yaxınlarını itirən Gəncə sakinləri Baku TV-yə həmin dəhşətli gecədən danışıblar.

Babası terror qurbanı olan Gülçin Ağayeva deyir ki, qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb:

“Xəstəxanaya gedəndə gördüm ki, babamdan başqa ailəmin bütün üzvləri sağdır. Həmin gecə o, şəhid oldu”.17 oktyabrda şəhid olanlardan 4-ü Ramiz Qəhrəmanovun ailə üzvləridir.

O, həmin gecə yaşananları belə xatırlayıb:

“Oyandım ki, başımın üstündə tavan yoxdur. Döşəmə də dağılmışdı. Qızımı və üç nəvəmi itirdim”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər