Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA
30
avq
2019
16:22
Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.BAKU.WS Unikal.org-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Oxşar xəbərlər
Gəncə hadisələrinə görə tutulanlardan biri sərbəst buraxılıb
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.BAKU.WS "apa"ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində...