Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin həbs müddəti uzadılıb
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya vəkil Aqil Layıc bildirib.
O bildirib ki, bu gün Xətai Rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin iki ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Ona Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sökülən şlaqbaum 1 həftə sonra geri qayıtdı - Bu dəfə 5 metr içəridə
Bir neçə gün öncə Bakının Sabunçu rayonunda küçəyə qanunsuz şlaqbaum qoyulması barədə xəbər vermişdik. Xəbərdən sonra BAKU.WS tərəfindən Fövqəladə Hallar Nazirl...