Gədəbəydə traktor aşdı - Ölən var

Gədəbəydə traktor aşdı - Ölən var
Foto
Hadisə 137
Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İsgəndər qalası adlanan ərazisində baş verib. Traktor idarəetmədən çıxıb və nəticədə sərnişin, 1980-ci il təvəllüdlü Məmmədov Seymur İsa oğlu ölüb. Sürücü 1974-cü il təvəllüdlü Zeynalov Murad Əhməd oğlu isə ağır yaralanıb. Yaralı ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərinə gətirilib. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər