Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
02
iyn
2024
19:40
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndinin girişində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı 1 ailənin 3 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 39 yaşlı Elbəyi Cəfərov, 29 yaşlı Aysel Cəfərova və ailəni 5 yaşlı övladı Kamil Cəfərovdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var
Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Belə ki,...