Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb

Gədəbəydə avtomobil qaz borusuna çırpılıb, sürücü xəsarət alıb
Hadisə 48

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər