Gecəki tonqal həkimin maşınını yandırdı

Gecəki tonqal həkimin maşınını yandırdı
Video
Hadisə 339

Bu səhər Bakıda həkimin maşını yanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb.

Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər