Gecə naməlum şəxslər marketə girdi - Polis araşdırmalara başladı
Abşeron rayonu, Saray qəsəbəsində marketdə oğurluğa cəhd hadisəsi qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə oktyabrın 5-i gecə saatlarında baş verib.
Belə ki, naməlum şəxslər gecə marketin qapılarını açaraq içəri daxil olub. Daha sonra onlar ərazidən uzaqlaşıblar.
Baş verənlər mağazadakı təhlükəsizlik kameralarında anbaan öz əksini tapıb.
Hadisə barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bir qrup şəxs tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən mağazalardan birinə oğurluğa cəhd edilməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Məlumatla bağlı təhqiqat araşdırması başlanılıb. Şübhəli şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin...