Gecə çayxanalardan birində yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən birmərtəbəli çayxananın mətbəxində yanğın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı iaşə obyektlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan birmərtəbəli çayxananın mətbəxinin yanar konstruksiyaları və əşyaları 20 kv.m. sahədə yanıb.
Çayxananın böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəzaya uğrayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliy...