Füzulidə tövlə yandı, alov kitabxanaya keçdi

Füzuli rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 350 kv.m olan qamış, taxta və dəmir konstruksiyalardan ibarət tövlə 150 kv.m sahədə, yaxınlıqda yığılan 80 ton ot bağlamasının 20 tonu, sahəsi 140 kv.m olan birmərtəbəli kitabxananın dam örtüyünün taxta atmaları 2 kv.m sahədə və bir ədəd pəncərə çərçivəsi yanıb.
Tövlənin, ot bağlamalarının, kitabxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
"AZAL təyyarəsi haqqında hesabat yeni ildən sonra təqdim ediləcək" - Qazaxıstan rəsmisindən AÇIQLAMA
"Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AHY) məxsus "Embraer 190" təyyarəsi ilə bağlı araşdırmanın son nəticələri yalnız 2026-cı ilin əvvə...
