Füzulidə ikimərtəbəli evdə yanğın olub

Füzulidə ikimərtəbəli evdə yanğın olub
Hadisə 25

Füzuli rayonunun Kərimbəyli kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kvadratmetr) olan, ikimərtəbəli, 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın, sanitar qovşağın yanar konstruksiyaları 164 kvadratmetr sahədə, 2-ci mərtəbənin və dam örtüyünün yanar konstruksiyaları yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər