Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Hadisə 76

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.

Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı

Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin t...

64 Hadisə 14:40 23 aprel 2022

Son xəbərlər