“Formula-1”ə əsəbiləşdi, əsgərlərə hücum çəkdi
27
apr
2019
17:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
42 yaşlı Bakı sakini Ramin Babayev daxili qoşunların əsgərlərini bıçaqla hədələyib.BAKU.WS-in məlumatına görə, bu haqda Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat daxil olub.Xoşagəlməz insident Səbail rayonunda qeydə alınıb.Əldə etdiyimiz məlumata görə, aprelin 25-də 01:35 radələrində sərxoş vəziyyətdə olan R.Babayev Üzeyir Hacıbəyov küçəsində “Formula-1” Azərbaycan Qran Prisinin yaratdığı narahatlıqdan gileylənərək, ətrafda olanları təhqir edib.Daxili qoşunların əsgərləri həmin şəxsi asayişi pozmamağa çağırıb. Ancaq Babayev cibindən bıçaq çıxararaq, onları ölümlə hədələyib. Bununla əlaqədar hadisə yerinə polis əməkdaşları çağırılıb.Hazırda faktla bağlı araşdırma aparılır. Babayevin sərxoş vəziyyətdə olması nəzərə alınaraq, ona qarşı inzibati qaydada iş açılıb.
Oxşar xəbərlər
“Formula-1”: Azərbaycan Qran-prisi başlayır
Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək. Paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə start...