FHN uşaqları ondoqquzmərtəbəli binadan alpinist ləvazimatlarının köməyi ilə XİLAS ETDİ - VİDEO

FHN uşaqları ondoqquzmərtəbəli binadan alpinist ləvazimatlarının köməyi ilə XİLAS ETDİ - VİDEO
Video
Hadisə 58

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü uşağı xilas ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər