FHN stomatoloji klinikada rentgen-müayinə fəaliyyətini dayandırdı

FHN stomatoloji klinikada rentgen-müayinə fəaliyyətini dayandırdı
Hadisə 93

Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində paytaxtın Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “Rondent” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

FHN bu klinikalarda təhlükəsizliklə bağlı nöqsanlar aşkarladı

FHN bu klinikalarda təhlükəsizliklə bağlı nöqsanlar aşkarladı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət...

51 Hadisə 10:46 26 may 2023

Son xəbərlər