FHN bu klinikalarda təhlükəsizliklə bağlı nöqsanlar aşkarladı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanmış və təqdim olunmuş sənədlər əsasında çıxarılmış məhkəmə qərarları ilə həmin müəssisələr barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilib.
Fövqəladə Hallar Nazirliyi bir daha mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Oxşar xəbərlər
Çernobıl qəzasından 36 il ötür
Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 36 il ötür. Çernobıl qəzası adı verilən hadisə 1986-cı il aprelin 26-da gecə yarısı...