FHN Qırmızı Bazar istiqamətindəki yanğınla bağlı məlumat yaydı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
30 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Hirkan Milli Parkında yağını söndürmək çətinləşib: Amfibiya təyyarəsi havaya qaldırıldı - YENİLƏNİB
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, yüks...