FHN küləyin törətdiyi fəsadların görüntülərini yaydı - VİDEO
Fövqəladə Hallar Nazirliyini küləyin fəsadları barədə görüntülər yayıb.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən, XRXX-nin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
Oxşar xəbərlər
Gəncədə güclü külək bir sıra fəsadlar törədib - FOTO
Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyini...