FHN-in təyyarəsi Masallıda qəza enişi etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Masallıda qəza enişi edib.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb edilib - YENİLƏNİB
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşıs...
