FHN-in iki əməkdaşına qarşı korrupsiya ittihamı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müstəntiqlər - Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.
FHN-dən bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...