FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü

06
avq
2022
13:25
Ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, avqustun 5-i saat 12:00 radələrində Ələt-Astara yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi “Nissan” markalı maşını aşırıb.
Avtomobilin içərisində olan sərnişinlərdən biri, sürücünün qardaşı arvadı, 1988-ci ilə təvəllüdlü A.Ağayeva hadisə yerində ölüb.
Özü və qardaşı oğlu 2007-ci ilə təvəllüdlü Ə.Ağayev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sürücü E.Ağayev Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Bölməsində çalışır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
