Famil Xəlilova hökm oxundu
Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Qeyd edək ki, Famil Xəlilov bu il mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü
Bakıda gecə klubunda dava olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Bakı şəhər sakini İlkin Paxomov obyekti...