Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu
Yeniliklərdən dərhal xəbərdar olun
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş verən yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, Neftçala rayonunun Şorbaçı kənd sakini, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev Neftçala rayonunun Şorbaçı kənd qəbiristanlığında dəfn edilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri - Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...