Əziz Orucov azadlığa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov azadlığa çıxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ə.Orucovun cəzası bu gün başa çatıb. Televiziya rəhbəri cəza çəkdiyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Xatırladaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi.
O, Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham edilmişdi.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...