Evlərində narkotik maddələr aşkarlanan şəxslər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəbi Hüseynov və Əvəz Həşimov saxlanılıblar.
N.Hüseynovun yaşadığı ünvana baxış keçirilərkən 895 qram marixuana və çəkisi 120 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Ə.Həşimovun üzərində aparılan şəxsi axtarış zamanı isə ayrı-ayrı bükümlərdə qablaşdırılmış külli miqdarda heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarları ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...