Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı

Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı
Hadisə 10

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən BAKU.WS-ə verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər