ETSN: "Yaxın iki gün ərzində havada tozun miqdarı normadan çox olacaq"

ETSN: Yaxın iki gün ərzində havada tozun miqdarı normadan çox olacaq
Hadisə 31

"Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub".

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidi. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır", - o deyib.

G.Məmmədova qeyd edib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq, yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

May ayı üçün gözlənilən hava PROQNOZU

May ayı üçün gözlənilən hava PROQNOZU

May ayı üçün gözlənilən hava proqnozu açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, may ayında havanın orta aylıq temperaturu...

515 Hadisə 18:16 29 aprel 2022

Son xəbərlər