Ermənistan əhalisi ayağa qalxdı: polislə qarşıdurma yarandı (VİDEO, FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən gecədən başlayaraq "Yeni Ermənistan" hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında bir günlük oturaq aksiya keçirir. BAKU.WS-in məlumatına görə, etirazlar Ermənistan Konstitusiyasında aparılan islahatlarının əleyhinə təşkil olunub. Aksiya zamanı hökumət əleyhinə şuarlar da səsləndirilib. Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə edib. Nəticədə mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. "İrs" partiyasının lideri Raffi Ovanisyan bildirib ki, nümayişçilər növbəli şəkildə meydanda olacaqlar. Bu gün saat 18:00-dan başlayaraq isə yeni mitinq keçiriləcək, ardınca isə nümayiş olacaq. Qeyd edək ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Türklər ayağa qalxdı: “Dağılsın İran, qurulsun Turan” (VİDEO)
Türkiyədə İran Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. BAKU.WS-in məlumatına görə, Türki Ocaqları Birliyi və bir qrup gənc aksiyada İran telekanall...