Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi

Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi
Hadisə 4883
Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub.“Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, – deyə o bildirib.“Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik”, -sərnişin vurğulayıb.Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar.BAKU.WS

Oxşar xəbərlər

Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib (VİDEO)

Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib (VİDEO)

Aeroflot aviaşirkəti ilə uçuş həyata keçirən Moskva-Bakı reysi Volqoqrad hava limanına məcburi eniş edib. BAKU.WS-in məlumatına görə, buna səbəb göyərtəsində ol...

5165 Hadisə 18:09 30 dekabr 2017

Son xəbərlər