Ermənistan ordusunun daha bir hərbçisi öldürülüb

09
yan
2024
23:23
Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - xəbərdə deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.
Oxşar xəbərlər
Agentlik təcili tibbi yardım həkimlərinin etirazlarına münasibət bildirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının i...
