Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı açıqlanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində bu ana qədər həlak olmuş şəxslərin sayı 24-ə, xəsarət alanların sayı isə 111-ə çatıb.
Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.
Oxşar xəbərlər
İşğalçı ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdir...