Ermənilər qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurub
Yeniliklərdən dərhal xəbərdar olun
1992-2023-cü illər ərzində ermənilər tərəfindən qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurulub.
"Report" xəbər verir ki, bu haqda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub
Bildirib ki, Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə "Frank Müller Group" şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və "Artsakhbank" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...