Ermənilər gərginlikli xətləri 330 dəfəyədək atəşə tutub - FOTO

Ermənilər gərginlikli xətləri 330 dəfəyədək atəşə tutub - FOTO
Foto
Hadisə 870

"Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb".

Bunu BAKU.WS-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

O əlavə edib ki, bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar:

"Cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.

Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan “Azərişığ”ın rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Onu da qeyd edək ki, ordu sıralarına indiyədək “Azərişığ”ın 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...

2518 Hadisə 19:14 04 yanvar 2019

Son xəbərlər