Ermənilər “Cənab leytenant” mahnısını təhrif etdilər: Şəmistan Əlizamanlıdan REAKSİYA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin musiqilərimizi, milli yeməklərimizi, toponimlərimizi və digər mədəniyyət nümunələrimizi öz adlarına çıxardıqları bəs deyilmiş kimi indi də mahnılarımızın sözlərini təhrif etməyə başlayıblar.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Şəmistan Əlizamanlının ifasında sevilən “Cənab leytenant” mahnısının sözlərini, necə deyərlər, özlərinə sərf edən şəkildə “tərcümə” ediblər.
Erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar ki, guya mahnıdakı “hay” kəliməsi “erməni” mənasını verir. Guya azərbaycanlılar hərbçilərdən erməniləri istəyir və bunun mənası onları ələ keçirib, öldürməkdir.
Şəmistan Əlizamanlı məsələ ilə bağlı demokrat.az-a açıqlama verib.
“Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar”, - deyə Ş.Əlizamanlı qeyd edib.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...