Ermənilər Azərbaycanın Fəxri konsulluğunu atəşə tutdu (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri konsulluğunun binası atəşə tutulub.
Trend-in məlumatına görə, bunu fəxri konsul Əfqan Salmanov bildirib.
Qeyd olunur ki, hadisə gecə 02:30 radələrində baş verib. İki naməlum şəxs binaya altı dəfə atəş açıb.
Həmin vaxt konsulluqda heç kim olmayıb. Hadisə binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 25-də Estoniyanın paytaxtı Tallində maskalı naməlum şəxs İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.
İnsidentlərlə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəni törədənlər erməni əsilli şəxslərdir.
Qalereya
Oxşar xəbərlər
Camal Haşoqqinin qətlində yeni detallar
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətlə yetirilməsi ilə bağlı yeni detal...