Erməni silahlı birləşmənin üzvlərinə 6 il həbs cəzası verildi - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, cinayətkar silahlı birləşmənin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib.
Hökmdə bildirilib ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, daha sonra Azərbaycan Respublikası hüdudlarından çıxarılsın.
***12:48
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
Vəkillər müdafiə etdikləri şəxslərin cinayətin birbaşa subyekti olmadığını, onların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq, özlərinin xəbəri olmadan Xocavənd rayonunum Hadrut qəsəbəsinə gətirildiklərini bildiriblər.
Vəkillər təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını və onların ölkələrinə ekstradisiya olunmasını istəyiblər.
Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Karapetyan Rafik Robertoviç Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib.
Təqsirləndirilən şəxslər əməllərindən peşman olduğunu və barələrində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Daha sonra məhkəmə hökm qərarının qəbul edilməsi üçün müşavirəyə yollanıb.
Oxşar xəbərlər
Erməni terrorçularının məhkəməsində şahidlər ifadə verib - YENİLƏNİB
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr S...