Əri tərəfindən öldürülən qadının son istəyi nə olub? - Ucardakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Belə ki, kənd sakini, 1979-cı il təvəllüdlü Kamil Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-ci il təvəllüdlü Rəvanə İsmayılovaya bıçaqla çoxsaylı bıçaq xəsarəti yetirərək onu öldürüb.
"Rəvanə mənə dedi ki, "su gətir". Mətbəxə çatanda onun qışqırıq səslərini eşitdim. Beş ildir ki bu ailədə gəlinəm, Rəvanə həmişə yoldaşı tərəfindən döyülürdü" - deyə Şəfəq İsmayılova bildirib.
Qeyd edək ki, R. İsmayılova Kamil Qarayevin üçüncü həyat yoldaşı olub. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı APA TV-nin süjetində:
Oxşar xəbərlər
Ucarda 31 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
İyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub....