Əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.
BAKU.WS Reporta istinadla xəbər verir ki, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətindən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.
Cütlüyün bir oğul və bir qız övladları var. Hadisə baş verən zaman qız övladları evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.
Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.
Oxşar xəbərlər
Gəncədə ərinin işgəncə verdiyi qadının gözləri amputasiya ediləcək - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində əri tərəfindən gözləri çıxarılan qadının so...