Ərəblərin Qaxdakı çadırları söküldü
Yeniliklərdən dərhal xəbərdar olun
Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.
Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.
Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.
Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.
Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.
Oxşar xəbərlər
Ərəblər Azərbaycanda nadir quş növlərini tələf edirlər - FOTO/VİDEO
Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayıl...