Emin Ağalarov "Crocus City Hall"da yaşanan terrorla bağlı paylaşım etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov bir il əvvəl "Crocus City Hall"da yaşanan terrorla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında "Crocus City Hall" qarşısındakı terror qurbanlarının xatirəsinə ucaldılan abidənin fotolarını paylaşaraq onları bir daha yad edib:
"Bir il əvvəl unudulması mümkün olmayan dəhşətli bir hadisə yaşandı. Terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onların kədərinə şərik oluram. Yüzlərlə insanın həyatını xilas etmək üçün özünü qurban verməkdən çəkinməyən hər kəsə sonsuz təşəkkürlər".
Qeyd edək ki, terror ötən il martın 22-sində Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall"da baş verib. Bir qrup silahlı şəxs konsert zamanı kompleksə girərək hamıya atəş açıb. Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Şəhid anası qəzada həlak oldu
Goranboyda avtomobil dərəyə aşıb, şəhid anası vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kəndində baş verən yol-nəqliyyat h...