Komada olan Əməkdar mədəniyyət işçisinin oğlu: "Həkimlər 72 saat vaxt veriblər"

Komada olan Əməkdar mədəniyyət işçisinin oğlu: Həkimlər 72 saat vaxt veriblər
Hadisə 1891

"Atamın elə bir xəstəliyi yox idi. Yoxlatmışıq, maqnit rezonans tomoqrafiyası (MRT) etdirmişik, kompüter tomoqrafiyasından (KT) keçib, heç nə aşkarlanmayıb".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu deyib.

Komada olan Əməkdar mədəniyyət işçisinin oğlu:

"Atam qızdırma, halsızlıq və iştahasızlıqdan əziyyət çəkirdi. Qanında infeksiya var deyirlər, amma onun nə olduğunu hələ tapa bilmirlər. Bunu araşdırmaq üçün də bütün lazımi analizləri vermişik. Ötən həftənin cümə günü xəstəxanaya gətirmişik, dünən səhərdən komaya düşüb. Həkimlərin sözlərinə görə dünəndən bu günə az da olsa, səhhətində irəliləyiş var. Məsələn, dünən təzyiqini ağır dərmanlarla qaldırırdılar, bu gün yüngül dərmanlardan istifadə ediblər. Süni nəfəs aparatına qoşulduğu üçün 72 saat vaxt verilib, görək nəticələr nə göstərəcək", - deyə S.Vaqifoğlu bildirib.

***15;24

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub.

Qeyd edib ki, 67 yaşlı V.Vəliyevin komadan ayılması üçün müalicə tədbirləri davam etdirilir.

Son xəbərlər