Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.
"Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər", - deyə Vidadi Məmmədov qeyd edib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....