Elvin Hüseynov ölkəni tərk edibmiş
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs barədə axtarış elan olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.
O qeyd edib ki, 32 yaşlı Elvin Tofiq oğlu Hüseynov barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249 764 manat təşkil edir.
Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verib və daha sonra ölkəni Gürcüstan istiqamətində tərk edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...