Elvin Cəfərquliyev milli komandamızdan kənarlaşdırıldı - SƏBƏB

Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun Haiti ilə hazırlıq görüşündə qırmızı vərəqə alması olub. Haiti seçməsi ilə oyun FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu matçda rəsmi qaydalar tətbiq olunub.
Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girərək, sarı vərəqə alıb. Buna görə, referini ironik alqışlayan Elvin dərhal ikinci "sarı" vərəqəni alıb və avtomatik olaraq qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 25-də saat 21:45-də Belarusa qarşı keçirəcək.
Oxşar xəbərlər
Kürdəmirdə qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb. BAKU.WS nazirliyə istinadən xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövl...
