Elşad Qarayev xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA - FOTO

Müğənni Elşad Qarayevin səhhətinin pisləşdiyi ilə bağlı xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, məlumatlarda ifaçının vəziyyətinin yaxşı olmadığı və təcili olaraq paytaxt klinikalarından birinə yerləşdirildiyi qeyd edilib.
Elşad Qarayevin özü ilə əlaqə saxlayıb səhhəti ilə maraqlandıq. Sənətçi BAKU.WS-ə açıqlaması zamanı vəziyyətinin yaxşı olduğunu bildirib:
"Gecədən mənə çoxsaylı zənglər gəlib. Hamı səhhətimlə maraqlanır. Bilmirəm, niyə belə xəbərlər yayılıb. Mənim səhhətim yaxşıdır, evimdəyəm. Zəng edənlərdən biri də Əlikram Bayramov idi. O da bu xəbərləri eşidib, mənim üçün narahat olub. Dedim, məlumatlar yanlışdır".

Oxşar xəbərlər
Azərbaycanda alim öldü - FOTO
Azərbaycanın əməkdar elm xadimi, professor Zakir Qarayev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məl...
