Əli Kərimlinin mühafizəçisinə HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
AXCP sədri Əli Kərimlinin mühafizəçisi işləmiş Novruz Tağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. O, buna görə vətəndaşın 71 min manatını alaraq mənimsəməkdə təqsirləndirilib.
N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham elan edilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...