Əli Behiştinin ittihamı məlum oldu

Saxlanılmış ruhani Əli Behiştinin ittihamı məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, artıq ona ittiham elan olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Müdafiə Nazir...
