Elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Kərimli kənd sakini Elşən İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada qurudulmuş marixuana aşkarlanıb. Götürülən narkotik vasitə ekspertizaya təqdim olunub və faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, E.İsmayılov ötən il də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Qalereya
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...