"Elə bil bomba partlamışdı" - Zabratdakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Zabrat qəsəbəsində baş verib.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəzanın başlıca səbəbi yüksək sürət olub. Qəzanın şahidlərindən biri "elə bil bomba partlamışdı" deyib.
Tibb mərkəzində zəruri tibbi xidmətlər göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....