"ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
"ƏDV dələduzluğu"nda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqının vaxtı bəlli olub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bu cinayət işi üzrə məhkəmə hazırlıq iclası yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər Rasim Serqey oğlu Əliyev, Rəşad Füzuli oğlu Bağırov, Aleksey Sergeyeviç Yunin, Rəşad Gündüz oğlu Tağıyev, Müşviq Niymət oğlu Lətifov və Cavid İsrafil oğlu İsmayılzadədir. Onlar Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) maddələri ilə ittiham edilir.
İttihama görə, adıçəkilən şəxslər 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçiriblər. Daha sonra əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına "ƏDV geri al" portalları açıb, həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talayıblar. Bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürüblər.
İş üzrə Maliyyə Nazirliyi zərərşəkmiş qismində tanınıb.
Oxşar xəbərlər
Ucarda cücə sexində yanğın baş verib, 4000 cücə tələf olub
Ucarda cücə sexində yanğın olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Rayon sakini A...